480
“Çoxdəyişənli xətti reqressiya modeli əsasında oxunabilirlik düsturlarının qurulması” mövzusunda məruzə dinlənilib Aprel 15, 2024 | 01:25 / Konfranslar, iclaslar

Mətnlərin mürəkkəblik dərəcəsini qiymətləndirmək üçün bugünədək yüzlərlə oxunabilirlik düsturu işlənib hazırlanmışdır. Oxunabilirlik düsturlarının əksəriyyətində 1-2 parametrdən istifadə olunur. Hər parametr mətnin oxunabilirliyini (mürəkkəbliyini) bir yöndən qiymətləndirir. Buna görə də eyni bir mətn üçün hətta etibarlı hesab edilən müxtəlif oxunabilirlik düsturları fərqli nəticələr verə bilir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun dissertantı, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov Tədris-İnnovasiya Mərkəzinin (TİM) “Çoxdəyişənli xətti reqressiya (Multiple linear Regression) modeli əsasında oxunabilirlik düsturlarının qurulması” mövzusuna həsr olunmuş elmi seminarında məlumat verib.

Tədqiqatçı nəzərə  çatdırıb ki, “Oxunabilirlik düsturları bumu” ötən əsrin ortalarında başlamış və 1980-ci illərədək davam etmişdir. Bu düsturların tətbiqi alqoritmlərindən də aydın olur ki, onlar “əllə” hesablama üçün nəzərdə tutulub. Lakin müasir dövrdə fərdi kompüterlərdən geniş istifadə edildiyindən və mətnlərin analizi üçün zəruri proqram təminatının yaradılması problem olmadığından çoxparametrli oxunabilirlik düsturlarının yaradılması mümkündür.

Onun sözlərinə görə, yaradılacaq çoxparametrli oxunabilirlik düsturlarında mətnlərin mürəkkəbliyinə təsir edən faktorların daxil edilməsinə, eləcə də düsturlara daxil edilən parametrlərin əmsallarının müəyyən edilməsinə diqqət göstərmək lazımdır.

Sonra məruzəçi problemin həll metodikasından bəhs edib: “Ən geniş istifadə olunan oxunabilirlik düsturlarını götürərək onların hər birindəki parametrləri qeyd etmək lazımdır. Hər bir parametrin istifadə tezliyini müəyyənləşdirmək və istifadə tezliyi daha yüksək olan bir neçə parametri seçmək, onların əsasında reqressiya tənliyi qurmaq, qiymətləndirmə şkalasını müəyyənləşdirmək, reqressiya tənliyindən alınan qiymətlərin şkalaya düşməsi üçün parametrlərin əmsallarını müəyyənləşdirmək lazımdır.

Oxunabilirlik düsturlarının əksəriyyətinin əsasında xətti reqressiya modelinin dayandığını söyləyən İ.Sadıqov istifadə olunan parametrlər, onların istifadə tezliyi, xüsusi hallar, qiymətləndirmə şkalasının müəyyənləşdirilməsi və s. haqqında ətraflı məlumat verib.

Sonda məruzə ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı