755
İnstitutun əməkdaşları “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” beynəlxalq konfransında məruzələrlə çıxış ediblər Aprel 15, 2024 | 12:39 / Konfranslar, iclaslar

12-13 aprel tarixlərində Odlar Yurdu Universitetində “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın elm komitəsində 20 ölkədən 40-dan çox yerli və xarici alim yer alıb.

Tədbirin keçirilməsində əsas məqsəd iqlim dəyişikliyi, resursların tükənməsi və çirklənmə kimi aktual qlobal problemlərin həlli ilə bağlı əhəmiyyətli müzakirələr aparmaqla daha yaşıl və “ağıllı” texnologiyalara əsaslanan gələcəyin formalaşmasına töhfə vermək, yeni ideyalar irəli sürmək idi.

Konfransda İnformasiya Texnologiyaları İnstitutunun  əməkdaşları da məruzələrlə çıxış ediblər. Belə ki, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Radiasiya risklərinin idarə edilməsi üçün Milli Radiasiya Təhlükəsizliyi İnformasiya Sistemi, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “Rəqəmli pedaqogika və Təhsil 4.0 mühitində davamlı öyrənmənin fərdiləşdirilməsi”, baş mütəxəssis Kəmalə Haşımova “Ətraf mühitin rəqəmsal marketinq dəyişikliklərinə təsiri: yaşıl marketinq”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Ağıllı şəhər mühitində fog computing texnologiyasının tətbiqi məsələləri”, baş mütəxəssis Sünbül Zalova “Süni intellekt texnologiyalarının jurnalistikada rolu”, elmi işçi Məleykə Paşayeva isə “Neft və qaz quyularının qazılması zamanı ətraf mühitin çirklənməsinin qarşısını alan qabaqcıl texnologiya” mövzusunda apardığı tədqiqatların nəticələrini təqdim edib.

Qeyd edək ki, konfrans Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şimali Kipr Türk Respublikası, Yaxın Doğu Universiteti, Milli Aerokosmik Agentliyi, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Kanadanın Alberta Universiteti, Polşa Elmlər Akademiyası Sistemlər Tədqiqatı İnstitutu, Dendrologiya İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyilə təşkil olunub.

Konfransın məqalələri dünyanın nüfuzlu Scopus, INSPEC və digər beynəlxalq bazalarında indeksləşəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı