888
E-təhsildə təhlükəsizlik məsələləri ilə bağlı tədqiqatlar aparılır Aprel 06, 2024 | 04:59 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “E-təhsildə təhlükəsizlik məsələləri” mövzusunda məruzə dinlənilib.

Məruzəni təqdim edən institutun əməkdaşı Nuranə Bahadurzadə bildirib ki, e-kitab, e-audio kitab, e-test və s. kimi komponentlər istifadəçiyə onlayn rejimdə işləmək imkanı verir. Lakin effektiv elektron təhsil mühiti təhlükəsizliyin vacibliyini dərk edən və məsuliyyətli davranan tərəflərdən asılıdır.

O, e-təhsil təhlükəsizliyi nümunəsi olan “Moodle” proqramı haqqında məlumat verib. Qeyd edib ki, bu proqram müəllimlərin səmərəli onlayn öyrənmə saytları yaratmaq üçün istifadə edə biləcəyi pulsuz veb proqramdır.

Məlumat təhlükəsizliyindən bəhs edən N.Bahadurzadə təhlükəsizliyin təmin edilməsi məqsədilə bir çox bulud xidməti təminatçılarının müştərilərin məlumatlarını böyük verilənlər mərkəzlərində saxladığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bir neçə qurğu bir istifadəçi tərəfindən sinxronlaşdırıldıqda məlumatların pozulması halı baş verə bilər.

Sonra o, bulud provayderlərində məlumat təhlükəsizliyinin təmin edilməsi üçün bir neçə məsələyə baxıldığını bildirib. Buraya məlumatlara icazəsiz giriş üçün profilaktik mexanizmdən istifadə etmək, məlumat sahiblərinə tez-tez ehtiyat nüsxəsini çıxarmaq, eləcə də məlumatların silinməsi, dəyişdirilməsi və digər bulud provayderinə ötürülməsi üçün səlahiyyət vermək və s. aiddir.

N.Bahadurzadə veb xidmət hücumlarından söz açaraq DdoS və DNS hücumları haqqında ətraflı məlumat verib: “Paylanmış xidmətdən imtina (DDoS) hücumu hədəf server tərəfindən idarə olunmayan çoxlu sayda sorğu verməklə xidmətdən imtinanın təkmil versiyasıdır. DDoS, DoS-dan fərqli olaraq pozulmuş müxtəlif dinamik şəbəkələrlə əlaqələndirilir. DDoS hücumunun məqsədi xidməti səlahiyyətli istifadəçi üçün əlçatmaz etməkdir.

Daha sonra məruzəçi vurğulayıb ki, elektron təhsil sistemlərinin inkişafını təhlükəsizlik metodlarından və beynəlxalq səviyyədə tanınmış standartlardan istifadə etməklə təmin etmək lazımdır. Sistem autentifikasiya, şifrələmə, girişə nəzarət, eləcə də istifadəçiləri və onların icazələrini idarə etmək kimi təhlükəsizlik xidmətlərini həyata keçirməlidir.

Sonda məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev elektron təhsildə təhlükəsizlik məsələlərinə dair tədqiqatların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı