908
Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib Mart 29, 2024 | 11:37 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev ABŞ-ın “IGI Global” beynəlxalq akademik nəşriyyatında çap olunan “International Journal of Decision Support System Technology” jurnalının redaksiya heyətinin üzvü seçilib. Jurnalın redaksiya heyətində 20-dən artıq ölkədən (ABŞ, Kanada, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və s.) alimlər təmsil olunur.

“International Journal of Decision Support System Technology” jurnalında kompüter elmləri və riyaziyyat sahələri üzrə mövzuları əhatə edən məqalələr dərc edilir.

Qeyd edək ki, jurnal Web of Science Emerging Sources Citation Index (ESCI), SCOPUS, Compendex (Elsevier Engineering Index), INSPEC və digər beynəlxalq elmi bazalarda indeksləşir. Jurnalın impakt faktoru 1.1-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı