549
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunur Mart 27, 2024 | 11:01 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Ukrainian Journal of Information Systems and Data Science” jurnalının redaksiya heyətinin üzvü seçilib.

“Ukrainian Journal of Information Systems and Data Science” jurnalı ildə iki dəfə ingilis və Ukrayna dillərində dərc olunur. Jurnalda alqoritmlər və məlumat strukturları, informasiya resursları, qərar qəbul etmə modelləri, meta-evristik optimallaşdırma, şəbəkə sistemlərinin modelləşdirilməsi və optimallaşdırılması, mürəkkəb sistemlərin təhlükəsizliyi və etibarlılığı, insan-kompüter qarşılıqlı əlaqəsi, Əşyaların interneti sistemləri, maşın öyrənməsi, bilik mühəndisliyi, eləcə də təbii dilin emalı texnologiyaları istiqamətlərini əhatə edən məqalələr dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı