İnstitutun əməkdaşları “Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlimdə iştirak ediblər Mart 15, 2024 | 02:49 / Konfranslar, iclaslar

4-6 mart 2024-cü il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Elsevier” şirkəti tərəfindən elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələri üçün “Scopus” və “ScienceDirect” bazalarından istifadənin səmərəli təşkili, tədqiqat səriştələrinin təkmilləşdirilməsi və tədqiqat mədəniyyətinin formalaşdırılması məqsədilə təlimlər təşkil olunub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən təlimdə İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya va elmmetriya şöbəsinin əməkdaşları Nərgiz AbdullayevaDilbər Əlizadə də iştirak ediblər.

Üç gün davam edən təlimdə “Scopus” və “ScienceDirect” akademik bazalarında effektiv axtarış və təhlil üsulları, tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı məsələləri müzakirə olunub, yeni tədqiqat sahələrini və aktual mövzuları müəyyən etmək üçün istinad və nəşr tendensiyalarının təhlili aparılıb. Təlim iştirakçıları qruplara bölünərək “Scopus” və “ScienceDirect” bazaları ilə bağlı tapşırıqları yerinə yetiriblər. Müvafiq bazalarda effektiv ədəbiyyat icmalı üçün əsas axtarış strategiyaları, müəllif profillərinin idarə edilməsi və s. kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı