703
İnformasiya Texnologiyaları İnstitutu Bakı Su Həftəsində təmsil olunur Mart 12, 2024 | 04:37 / Mühüm hadisələr

Azərbaycanda ilk dəfə olaraq Bakı Su Həftəsi təşkil edilir.

Martın 12-də Bakı Ekspo Mərkəzində Bakı Su Həftəsi öz işinə başlayıb. Azərbaycanda müvafiq sahənin bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə, 2024-cü ildə Bakı həm ölkəmiz, həm də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyan daha bir beynəlxalq tədbirə ev sahibliyi edir.

2 gün davam edəcək tədbirdə 16 ölkədən 90-a yaxın şirkət iştirak edir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, İsveçrə, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.

Qeyd edək ki, Bakı Su Həftəsində İnformasiya Texnologiyaları İnstitutu da təmsil olunur. İnstituta məxsus stenddə süni intellektə əsaslanan drondan istifadə etməklə suyun keyfiyyət göstəricilərini müəyyən edən intellektual innovativ layihə təqdim olunub. 

Stenddə, həmçinin institut əməkdaşlarının apardıqları elmi tədqiqatların nəticələrini əks etdirən əsərlər və kitablar, jurnallar və bukletlər, impakt-faktorlu jurnallarda dərc edilmiş elmi məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı