Kompüter şəbəkələrində cloud computing texnologiyalarından istifadənin elmi-nəzəri problemləri araşdırılmışdır Fevral 06, 2014 | 12:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasında şöbə müdiri, baş mühəndis, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov 2013-cü ildə görülmüş işlər və əldə olunmuş elmi nəticələr haqqında məlumat verdi. 

Bildirdi ki, il ərzində şöbədə korporativ şəbəkə istifadəçilərinə göstərilən İnternet xidmətlərinin səmərəliliyinin artırılması, korporativ şəbəkələrdə trafikin zamandan asılılıq modeli və onun proqram təminatı, AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətinin səmərəliyinin artırılması, kompüter şəbəkəsində virtual hesablama və yaddaş mühitlərinin sintezi, kompüter şəbəkələrində cloud computing texnologiyalarının istifadəsinin elmi-nəzəri problemlərinin müasir vəziyyətinin öyrənilməsi və təhlili mövzularında araşdırmalar aparılmış, icmal və məqalələr hazırlanmışdır. 

Alim AMEA-nın institut və təşkilatlarının lokal şəbəkələrinin intelektual kamutatorlar əsasında yenidən qurulması işlərindən söz açaraq ümumilikdə akademiyanın 32 institut və təşkilatının fiber-optik kabel vasitəsilə AzScienceNet şəbəkəsinə qoşulduğunu nəzərə çatdırdı. 

Qeyd etdi ki, AzScienceNet-də Cloud Computing və Hosting kimi yeni İnternet xidmətləri istifadəyə verilmiş, EKŞ-nin fəaliyyətini əks etdirən www.azsciencenet.az veb-saytı işə salınmışdır. 

R.Ələkbərov, həmçinin şöbə əməkdaşları tərəfindən, AzScienceNet-də Cloud Computing, Storage və Hostinq xidmətlərinin təşkili, AzScienceNet əsasında AMEA-nın operativ məlumatlandırma sisteminin yaradılması istiqamətində görülmüş işləri nəzərə çatdırdı. Bildirdi ki, şöbədə 14 elmi seminar keçirilmiş, tanınmış elmi jurnallarda 6 məqalə çap olunmuş, 6 elmi konfrans və simpoziumlarda iştirak edilmişdir. 

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti yüksək qiymətləndirilərək qəbul edildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı