843
Beynəlxalq jurnal institut əməkdaşının elmi ekspertiza fəaliyyətini yüksək qiymətləndirib Yanvar 22, 2024 | 10:20 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Computer Speech and Language” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

Nitq və dilçilik elmlərinin yaranması uzun illərə söykənir. Lakin nitq və dil sənayesi üzrə mürəkkəb modellərin geniş miqyasda tətbiqi yalnız son illərdə mümkün olmuşdur. Bu istiqamətdə tədqiqatlar süni intellekt, kompüter elmləri, elektron mühəndislik, informasiya axtarışı, linqvistika, fonetika və psixologiya sahəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir.  

Jurnalda nitq və dilçilik texnologiyalarının tədqiqi üzrə multidissiplinar yanaşmalar, icmal məqalələri nəşr olunur.

Jurnalın əsas tədqiqat istiqamətlərinə nitqin tanınması və sintezi üçün alqoritmlər və modellər, nitqin anlaşılması və yaradılması üçün təbii dilin emalı, statistik kompüter linqvistikası, danışıq və dialoqun hesablama modelləri, informasiya axtarışı, çıxarılması və ümumiləşdirilməsi, danışanın və dilin tanınması, nitqin istehsalı və qavrayışının hesablama modelləri, nitqin təhlili, təkmilləşdirilməsi və transformasiyası üçün siqnalların emalı, insan və kompüter sistemlərinin effektivliyinin qiymətləndirilməsi daxildir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 4.3

Source Normalized Impact per Paper (SNIP): 1.832

CiteScore: 8.8

SCImago Journal Rank (SJR): 0.806

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı