Kompüter bizi əhatə edən dünyanı necə qəbul edir? Dekabr 17, 2014 | 02:46 / Maraqlı məlumatlar

Hər kəsə məlumdur ki, kompüterlər kameraların köməyilə bizi əhatə edən dünyaya "baxa" və obyektlərin tanınması üçün xüsusi alqoritmlərdən istifadə edərək nə gördüklərini "ayırd edə" bilirlər.

Bundan başqa, bu qurğular digər alqoritmlər vasitəsilə canlı və cansız obyektləri fərqləndirə, ayrı-ayrı insanların  üzünü "tanıya" və  şəxsin həmin andakı emosiyalarını "hesablaya bilir".

Lakin son zamanlara qədər heç kim sual verməyib ki, kompüter doğrudan da ətrafı necə qəbul edir.

dailytechinfo.org saytında bildirilir ki, ABŞ-ın Vayominq və Kornel Universitetlərinin süni intellekt və kompüter modellərinin tanınması üzrə fəaliyyət göstərən alimləri bu suala cavab verməyə çalışıblar. Onların tədqiqatları proqnozlaşdırılan nəticəni verib - kompüterlər dünyanı heç də bizim kimi deyil, tamamilə fərqli görür.

Alimlər öz sınaqlarında təsvirlərin işlənməsi və bu təsvirlərdə obrazların tanınmasına yönəldilmiş neyron şəbəkələrin (deep neural network, DNN) ən müasir reallaşdırmalarından birindən istifadə ediblər. Onlar bu şəbəkəyə milyonlarla təsvir "yedirərək" obyektlərin dəqiq tanınmasına nail olublar. Bununla da şəbəkə bir obyekti digərindən, məsələn, itləri delfinlərdən ayıra bilib.

"Biz gözləyirdik ki, bu təsvirlər yüksək keyfiyyətli, aydın təsvirlər olacaq" - universitetin alimlərindən biri Ceff Klyun (Jeff Clune) belə deyib - "Lakin bunun əvəzinə biz olduqca qəribə nəticə ilə qarşılaşdıq. Kompüterin anlamasında delfin, heç də delfin kimi görünmədi".

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı