869
İnstitutda rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur Dekabr 11, 2023 | 09:53 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən şöbənin illik fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Məruzəçi şöbədə rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “E-dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar” mövzusunda aparılan tədqiqatlardan bəhs edib. Bildirib ki, bu çərçivədə rəqəmsal dövlətin inkişaf tendensiyaları analiz olunmuş, milli elektron dövlət mühitinin formalaşmasının konseptual əsaslarının işlənməsi, elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması  istiqamətində tədqiqat işlər həyata keçirilmişdir. Həmçinin “IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin araşdırılması” mövzusu üzrə dil sənayesi biliklər iqtisadiyyatı kontekstində araşdırılmış, rəqəmsal iqtisadiyyatın kiberdayanıqlılığının təmin edilməsi problemləri və kibertəhlükəsizlik iqtisadiyyatının əsas xüsusiyyətləri tədqiq olunmuşdur.

Şöbə müdiri sözügedən elmi problem üzrə “Elektron demoqrafiya platformasında fərdlərin sosial kreditlərinin və davranışlarının anaizi üçün metod və alqoritmlərin işlənməsi”, “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması”, “Elektron dövlət mühitində emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi”, eləcə də “E-dövlət veb-saytların vətəndaşyönümlü yanaşma əsasında qiymətləndirilməsi” mövzularında aparılan elmi tədqiqatlar barədə də məlumat verib, alınan elmi nəticələri təqdim edib.

F. Yusifov institutun təşkilatçılığı ilə Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemlərinə həsr olunan konfransda “Virtual məkanda dil problemlərinin araşdırılması və müvafiq təkliflərin işlənməsi” mövzusunda aparılan tədqiqatların nəticələrinin təqdim olunduğunu qeyd edib, çap olunmuş məqalə və tezislər haqqında məlumat verib.

O, il ərzində şöbə əməkdaşları tərəfindən aparılan tədqiqatların nəticələrinin “Web of Science”,  “Springer”, “Compendex”, “Ulakbim” kimi nüfuzlu bazalara daxil olan jurnallarda öz əksini tapdığını vurğulayıb.

F.Yusifov şöbənin elmi-innovasiya fəaliyyəti haqqında da danışıb. Cari ildə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin (2017-2025) həyata keçirilməsinə elmi dəstək verildiyini, Viki-Mərkəzin fəaliyyətinin həyata keçirildiyini diqqətə çatdırıb. Eləcə də, şöbənin əməkdaşlarının elmi-ekspertiza fəaliyyətində yaxından iştirak etdiyini söyləyib, elmi-pedaqoji fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq, elmi-təşkilati fəaliyyət və əməkdaşların elmmetrik göstəricilərinə dair ətraflı məlumat verib. İl ərzində çap olunan elmi nəşrlər haqqında məlumatı diqqətə çatdırıb.

Sonra akademik Rasim Əliquliyev hesabata dair fikirlərini bölüşüb, şöbədə aktual elmi problemlərin həlli istiqamətində araşdırmalar aparan tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə dair tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin 2023-cü il üzrə illik hesabatı qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı