786
Vətəndaş elmində layihələrin tövsiyəsi üçün matris faktorizasiyası üsulunun imkanları araşdırılır Noyabr 28, 2023 | 10:10 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda “Vətəndaş elmində layihələrin tövsiyəsi üçün matris faktorizasiyası üsulu” mövzusuna həsr edilmiş elmi seminar keçirilib.

Məruzəni institutun əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək vətəndaş elmində tövsiyə sistemlərindən bəhs edib, bu sistemlərin çox sayda məlumatların içərisindən uyğun məlumatları seçməyə, əsaslı qərarlar qəbul etməyə və inklüziv iştirakı artırmağa imkan verdiyini diqqətə çatdırıb.

Matris faktorizasiyası metodunun üstünlüklərindən danışan məruzəçi bildirib ki, bu üsul vətəndaş alimlərə öz maraqlarına və təcrübələrinə uyğun layihələrə qatılmağa imkan verir, layihədə iştirakın və töhfələrin artmasına səbəb olur.

N.Verdiyeva matris faktorizasiyası metodunda kvadratik xətanın tapılması, hiperparametr və kvadratik xətanın minimallaşdırılması, matris faktorizasiyası modelinin effektivliyi barədə məlumat verib, həmçinin bu metodun problemləri və perspektivlərindən də bəhs edib. Məruzəçinin sözlərinə görə, matris faktorizasiyası metodunun tətbiqi zamanı istifadəçilər və layihələr üçün yaradılan gizli xüsusiyyətlərin interpretasiyası mürəkkəb ola bilər. O əlavə edib ki, istifadəçi demoqrafiyası və layihə təsvirləri kimi əlavə məlumat mənbələrinin inteqrasiyası tövsiyələrin dəqiqliyini daha da təkmilləşdirə bilər.

“Matris faktorizasiyası metodunun alqoritmləri və hiperparametrlərinin seçimini optimallaşdırmaq üçün geniş tədqiqatlara ehtiyac var”, - deyə məruzəçi vurğulayıb.

N.Verdiyeva matris faktorizasiyası üsulunun vətəndaş elmində tövsiyə sistemlərinin qurulmasında tətbiq oluna biləcəyini deyib, bu üsulu tətbiq edən tövsiyə sistemlərinin reytinqlərin dəqiq proqnozlaşdırıması üçün əvvəlki seçimlərdən istifadə edə bilmə imkanına malik olduğunu diqqətə çatdırıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev çıxış edərək məruzəyə dair fikirlərini səsləndirib, müvafiq istiqamətdə tədqiqatların dərinləşdirilməsi ilə bağlı tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı