Nüfuzlu beynəlxalq jurnal institut əməkdaşının elmi ekspertiza fəaliyyətinə yüksək qiymət verib Noyabr 06, 2023 | 06:00 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva elmi ekspertiza fəaliyyətinə görə “Knowledge-Based Systems” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal süni intellekt sahəsində multidissiplinar nəşrdir. Jurnalda verilənlər elmi və hesablama metodları vasitəsi ilə proqnozlaşdırma və qərarların qəbulu, süni intellektin nəzəri və praktik əsasları, biliklərə əsaslanan intellektual modellərin, metodların və sistemlərin  biznes, dövlət, təhsil, mühəndislik, səhiyyə sahəsinə tətbiqi və yeni yanaşmaların işlənməsi istiqamətləri üzrə orijinal, innovativ və yaradıcı tədqiqat nəticələri dərc olunur.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 8.8

5-Year Impact Factor: 8.6

Source Normalized Impact per Paper (SNIP): 2.578

CiteScore: 12.3

SCImago Journal Rank (SJR): 2.065

Journal Citation Indicator ™ (2022): 9.64

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı