İnstitutun şöbə müdiri “TEKLA Təlim və Dialoq” tədbirində iştirak edib Noyabr 03, 2023 | 02:30 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova İsveçin Azərbaycandakı Səfirliyinin KTH Kral Texnologiya İnstitutu, İsveç İnstitutu və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi ilə birlikdə Bakı, Tərtər, Horadiz və Ağcabədidən olan 11-15 yaş arası 30 məktəbli qız üçün təşkil etdiyi “TEKLA Təlim və Dialoq” (TEKLA Workshop and Dialogue) tədbirində iştirak edib.

“Bilim Bakı” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və STEAM İnnovasiya Mərkəzində baş tutan iki günlük tədbirin əsas məqsədi daha çox yeniyetmə qızları əyləncəli və yaradıcı platforma vasitəsilə elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrinə cəlb etməkdir.

Təlim zamanı məktəbli qızlar “Bilim Bakı” və STEAM İnnovasiya mərkəzlərinin qadın ekspertləri ilə tanış olmaq, robotlar, kodlaşdırma və texnologiyalardan istifadənin müxtəlif üsulları ilə bağlı zəruri biliklər əldə etmək imkanı qazanıblar.

Tədbirin ikinci hissəsində texnologiya sahəsində fəaliyyət göstərən qadın ekspertlər, biznes, elm, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, eləcə də valideynlərin iştirak etdiyi panel müzakirəsi keçirilib. Texnologiya sektorunda qadınların zəif təmsilçiliyinə toxunan panel məruzəçiləri bu sektorda daha çox qız və qadının iştirakının və səlahiyyətlərinin artırılması yollarını müzakirə ediblər. Bu gün dünyada daha çox qızın məktəbə getməsinə baxmayaraq, onların hələ də elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində əhəmiyyətli dərəcədə az təmsil olunduğu diqqətə çatdırılıb, təcili olaraq müvafiq sahələrdə gender fərqinin aradan qaldırılmasının, gender bərabərliyinin fəal şəkildə təbliğinin vacibliyi qeyd olunub.

Panel müzakirəsində çıxış edən Gülnarə Nəbibəyova İnformasiya Texnologiyaları İnstitutunda İKT üzrə yüksəkixtisaslı gənc kadr və elmi tədqiqatçıların hazırlanması istiqamətində aparılan işlər haqqında məlumat verib. Elmi müəssisədə xanım tədqiqatçıların, proqramçı və veb-dizaynerlərin bilik və təcrübələrinin artırılması üçün hər bir şəraitin yaradıldığını bildirib. O, institutda gənc xanım tədqiqatçıların informasiya texnologiyaları və informasiya cəmiyyətinin prioritet istiqamətləri üzrə araşdırmalar apardığını nəzərə çatdırıb.

Qızların və qadınların İKT sahəsində rolunun daha da artırılmasına dəstək verilməsinin önəmini qeyd edən məruzəçi məktəbli qızlarla öz təcrübəsini və düşüncələrini bölüşüb, onlara ölkəmizdə müvafiq istiqamətdə yaradılan imkanlardan səmərəli istifadə etmələri üçün tövsiyələrini bildirib.

Tədbirin sonunda məktəbli qızlara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı