Azərbaycan aliminə nüfuzlu jurnalın rəyçi sertifikatı təqdim olunub Noyabr 03, 2023 | 11:58 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Elsevier” nəşriyyatının “Pattern Recognition Letters” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı təqdim olunub.

Nüfuzlu “Web of Science” bazasına daxil olan jurnal neyron şəbəkələri, maşın təlimi, Data Mining, nitqin tanınması, təbii dilin emalı və digər prioritet istiqamətlərdə əhəmiyyətli tədqiqatların nəticələrini təqdim edir. Jurnalın impakt faktoru 5.1-ə  bərabərdir.

“Pattern Recognition Letters” jurnalı həmçinin “Scopus”, INSPEC, ACM Computing Reviews, “Science Citation Index”, “Engineering Index” və digər bazalarda indeksləşir və referatlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı