Yüksək impakt faktorlu beynəlxalq jurnal institut əməkdaşının elmi ekspertiza fəaliyyətini yüksək qiymətləndirib Oktyabr 31, 2023 | 02:00 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə “Mechanical Systems and Signal Processing” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal mexanika, aerokosmik və mülki mühəndislik sahələrində fənlərarası jurnaldır. Nüfuzlu nəşrdə yeni siqnal emalı üsulları nəticəsində əldə edilən elmi nailiyyətlərə yer ayrılır. Bu jurnaldakı məqalələr həm də mühəndislik biliklərinə orijinal töhfələri nümayiş etdirir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 8.4

5-Year Impact Factor: 8.3

Source Normalized Impact per Paper (SNIP): 3.097

CiteScore: 15.2

SCImago Journal Rank (SJR): 2.475

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı