Müstəqil Azərbaycanın informasiya blokadasının aradan qaldırılmasında Türkiyə Respublikasının mühüm dəstəyi olub Oktyabr 25, 2023 | 10:59 / Konfranslar, iclaslar

AMEA-nın Tarix İnstitutunda “Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, Tarix İnstitutunun dissertantı Gülnar Paşayeva “Azərbaycanda  İnternetin  formalaşması və  inkişafında Türkiyənin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında Türkiyə Cümhuriyyətinin Azərbaycanın müstəqillik qazandıqdan sonra, digər strateji sahələrlə yanaşı, informasiya-telekommunikasiya sahəsinə verdiyi dəstəkdən söhbət açıb. Xüsusən də ölkəmizdə İnternetin milli infrastrukturunun əsasının qoyulmasında, TÜRKSAT vasitəsilə Azərbaycanın informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynadığını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı