Olimpiadalara hazırlaşanlar üçün dəyərli vəsait – “Proqramlaşdırma yarışlarına hazırlıq” adlı kitab işıq üzü görüb Oktyabr 19, 2023 | 02:54 / Yeni nəşrlər

Yarış proqramlaşdırması ən perspektivli intellektual idman növlərindən biridir. Bu yarışlara ən iti zəkalı şagird və tələbələr həvəs göstərir. Olimpiada proqramlaşdırmasının getdikcə populyarlaşması insan həyatının digər sahələrinə də müsbət təsir göstərməkdədir. Ən mürəkkəb məsələləri məhdud bir zamanda həll etmək bacarıqları gənclərə gələcəkdə bəşəriyyətin qarşılaşdığı gerçək problemlərlə səmərəli məşğul olmağa kömək edəcəkdir.

Bu günlərdə İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İsmayıl Calallı (Sadıqov) və ADA Universitetinin müəllimi, dosent, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mixail Medvedyevin həmmüəllifi olduqları “Proqramlaşdırma yarışlarına hazırlıq” adlı vəsait “Bakınəşr” tərəfindən işıq üzü görüb.

Kitabda proqramlaşdırma olimpiadalarının keçirilmə mexanizmi və onlara hazırlaşmağın yolları ətraflı təsvir edilir, əsas mövzular və alqoritmlər təhlil olunur.

Vəsait ilk növbədə, proqramlaşdırma müsabiqələrinə hazırlaşan şagird və tələbələr, onların müəllimləri üçün nəzərdə tutulmuşdur. Bu kitab eyni zamanda informatika təmayüllü liseylər üçün də faydalı dərs vəsaiti olacaqdır. Vəsaitdən ali və orta ixtisas təhsili müəssisələrinin informasiya-komminikasiya texnologiyaları ixtisaslarının tələbələri də yararlana bilərlər.

Kitabın materialları “IOI” sillabusu əsasında seçilib. Belə ki, məhz bu proqram Beynəlxalq İnformatika Olimpiadalarında təklif oluna biləcək mövzuları müəyyən edir. Kitabdakı bütün nümunələr C++ dilində yazılmışdır. Proqram kodları əksər müasir yarışlarda icazə verilən C++11 standartına uyğundur.

11 bölmədən ibarət kitabın hər bölməsinin sonunda yer alan “Praktikum” hissəsində mövzu ilə bağlı məsələlər və onların həll alqoritmləri verilir. Həmçinin mövzunun mənimsənilməsini möhkəmləndirmək məqsədilə müstəqil iş üçün “Eolymp” portalından əlavə məsələlər tövsiyə olunur. 

Qeyd edək ki, Azərbaycan dilində proqramlaşdırma olimpiadaları ilə bağlı işıq üzü görmüş üçüncü nəşr olan bu kitab Azərbaycanda yarış proqramlaşdırmasının əsasını qoymuş, Beynəlxalq İnformatika Olimpiadalarında Azərbaycan komandasına rəhbərlik etmiş görkəmli alim və pedaqoq Ramin Mahmudzadənin əziz xatirəsinə ithaf olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı