Qeyri-adi qolbaq sahibinin qolunda smartfonun ekranının əks olunmasına imkan verəcək Dekabr 16, 2014 | 10:24 / Texnoloji yeniliklər

Son zamanlar daşınan elektronika istehsalçıları smartfonları tamamlayan və ya qismən əvəz etməyə qabil olan “ağıllı” saat və qolbaqların müxtəlif variantlarını təqdim ediblər. Lakin “Cicret” şirkətinin hazırladığı qolbaq istifadəçilərə smartfonu əldə daha az gəzdirməyə imkan verir. 

Qurğunun ideyası ondan ibarətdir ki, qolbaq mini-proyektorun və bir neçə sensorun köməyilə smartfonun ekranını istifadəçinin qolunun dərisində əks etdirə və naqilsiz rabitənin köməyilə bütün lazımi komandaları ötürə bilir. Qolbaq həmçinin USB portu və akselerometrlə təchiz olunub.

Şirkət təsisçilərindən birinin dediyinə görə, “Cicret” qolbağı hələ ki, işlənmə mərhələsindədir. Onun işlək prototipi isə bir neçə həftədən sonra nümayiş olunacaq. Qurğunun artıq gələn ildən bazara çıxarılacağı gözlənilir.  

 “Cicret”in təxmini qiyməti 470 dollar olacaq. Qolbaq 10 rəngdə təqdim ediləcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı