İnstitutun baş elmi işçisi “Web of Science” bazasında Q1 kvartili üzrə indeksləşən nüfuzlu jurnal tərəfindən rəyçi sertifikatına layiq görülüb Oktyabr 06, 2023 | 10:11 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Computers in Human Behavior” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Computers in Human Behavior” elmi jurnalı kompüterlərin psixologiya, psixiatriya və yaxın istiqamətlərdə tətbiqi məsələlərindən, o cümlədən kompüterlərdən istifadənin fərdlərə, qruplara və cəmiyyətə vurduğu psixoloji təsirdən bəhs edir. Jurnalda elmi-nəzəri işlər, tədqiqat xarakterli hesabatlar, icmal məqalələri nəşr olunur.

Jurnal “Scopus” və  “Web of Science” üzrə Q1 kvartilinə daxildir. Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:

Impact Factor: 9.9

CiteScore: 17.8

SJR: 2.464

SNIP: 3.223

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı