“Skype” səsli zənglərin sinxron tərcüməsini sınaqdan keçirir Dekabr 16, 2014 | 09:00 / Texnoloji yeniliklər

10 ildən artıqdır ki, audio-videokommunikasiyanı təmin etmək üçün coğrafi baryerləri aşan “Skype” servisi “Microsoft Research” laboratoriyasının innovasiyalarından istifadə etməklə, kommunikasiya üçün daha bir baryeri – dil baryerini aradan qaldırmaq üzrədir.

Belə ki, “Skype” səsli zənglər zamanı danışığı müxtəlif dillərə avtomatik tərcümə edən “Skype Translator” funksiyasını testdən keçirir. Bu haqda lenta.ru-ya şirkətin mətbuat xidmətindən bildirilib. 

“Skype Translator”-un ilkin versiyası səsli zəng zamanı hələ ki, ispan və ingilis dillərində danışığın sinxron tərcüməsini təmin edəcək. Bundan əlavə, “Skype” istifadəçilərinə 40-dan artıq dildə ani məlumatların tərcüməsi əlyetərli olacaq. Funksiyanı testdən keçirmək üçün Skype Translator ünvanında qeydiyyatdan keçmək, bu zaman ispan dilini seçmək və Windows 8.1 platformasında işləyən qurğuda servisdən istifadə etmək lazımdır. 

Növbəti mərhələdə “Skype Translator”da ərəb, çin, fransız, alman, italyan, yapon, koreya, portuqaliya və rus dilləri namizəddir.  

Servis Meksika və ABŞ-da olan iki orta məktəbdə testdən keçirilib. “Skype” dil baryerini aradan qaldırmaqla uşaqlara bir-birilərinin dilini bilmədən ünsiyyət qurmağa imkan verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı