Gənc tədqiqatçı beynəlxalq konfransda məruzə ilə çıxış edib Oktyabr 12, 2023 | 10:46 / Konfranslar, iclaslar

Zərərli proqramların aşkarlanması üçün davranışyönümlü analiz metodlarından istifadə edilərək iki mühüm parametr – API və sistem müraciətləri əldə edilmişdir. Bu məlumatlar əsasında intellektual analiz metodları vasitəsilə aşkarlama modelinin qurulması analiz edilmişdir.

İnformasiya Texnologiyaları İnstitutunun dissertantı Elşən Bağırov Real dünya şəraitində davranışa əsaslanan zərərli proqram aşkarlama yanaşmalarının təhlili” (“Analyzing the performance of behavioral-based malware detection approaches under real-world conditions”) adlı məruzə ilə “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında çıxışı zamanı bu barədə məlumat verib.

E. Bağırov bildirib ki, modelin qurulması zamanı mövcud çətinliklər, meydana çıxa biləcək problemlər də nəzərə alınmışdır. Bu problemlərə modelin ümumiləşdirmə xüsusiyyətinin vacibliyi, verilənlər toplusunun rəngarəngliyi, yüksək məhsuldarlığa və büdcəyə malik hesablama sistemləri zərurəti və s. aiddir.

Tədqiqatçı həmçinin validasiya nəticələrinin mütəmadi olaraq test edilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı