Beynəlxalq konfransda “Əl jestlərinin tanınması üçün hibrid alqoritmlərin iş prinsipi” adlı məruzə dinlənilib Oktyabr 05, 2023 | 01:05 / Konfranslar, iclaslar

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının və süni intellektin inkişafı və insan-maşın qarşılıqlı əlaqəsi nəticəsində istifadəçi interfeysi təkamülə uğrayıb, cihazlardan istifadə daha əlverişli hala gəlib və bu tendensiya jestlərin tanınma sisteminə də nüfuz edib.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova institutun həmtəşkilatçılığı ilə Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında çıxışı  zamanı bildirib.

Konfransda “Əl jestlərinin tanınması üçün hibrid alqoritmlərin iş prinsipi” (Принцип работы гибридных алгоритмов распознавания жестов рук) mövzusunda məruzəni təqdim edən K.Qurbanova bildirib ki, kompüter görmə texnologiyasındakı müasir irəliləyişlər jestlərin izlənməsinə və tanınmasına xidmət edə biləcək ucuz, rahat və əlçatan cihazların meydana çıxmasına səbəb olub. Hazırda jestlərin tanıma problemini həll etmək üçün müxtəlif yanaşmaların  mövcud olduğunu deyən məruzəçi tədqiqat işində təsvirdən əl jestlərinin tanınması problemlərinin araşdırıldığını qeyd edib.

Jestlərin avtomatik tanınması prosesinin mərhələləri və videokadrda jesti göstərən əlin şəklini lokallaşdırmağa imkan verən alqoritmlərin iş prinsipini təqdim edən K.Qurbanova qeyd edib ki, alqoritmlər tanınma prosesində problemlər yaradan amillərə qarşı müxtəlif müqavimət səviyyəsinə malikdir.

Məruzəçi hibrid metodlardan istifadə etməklə tanınma texnologiyalarının tətbiqinin yüksək nəticələr əldə etməyə imkan verdiyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı