989
“Süni intellektə əsaslanan çatbotlar informasiya mənbəyi kimi” mövzusunda məruzə beynəlxalq konfransda müzakirə olunub Oktyabr 02, 2023 | 12:38 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sünbül Zalova “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransında “Süni intellektə əsaslanan çatbotlar informasiya mənbəyi kimi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəni təqdim edən S.Zalova informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar olaraq yaranan çatbotlar haqqında ətraflı məlumat verib. Tədqiqat işində müəyyən qaydalara və süni intellektə əsaslanan çatbotların jurnalistikada rolunun müəyyənləşdirildiyini, çatbot texnologiyalarının genişlənməsi və səmərəliliyinin artırılması üçün mövcud yanaşmaların öyrənildiyini diqqətə çatdırıb. Süni intellekt əsaslı “ChatGPT” çatbotunu analoqlarından fərqləndirən cəhətlərdən söz açıb, ondan istifadə zamanı yaranan problemlərin müəyyən olunduğunu bildirib.

Gənc tədqiqatçı müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafının bütün elm sahələrində olduğu kimi, jurnalistikada da yeni istiqamətlərin yaranmasına təkan verdiyini söyləyib. O, yeni mediada innovativ texnologiyaların tətbiqinin müvafiq sahədə nəzərəçarpacaq dəyişikliklərə səbəb olmasından bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı