964
İnstitutun gənc tədqiqatçısı beynəlxalq konfransda iştirak edib Sentyabr 28, 2023 | 03:34 / Konfranslar, iclaslar

Son zamanlar xidmətdən imtina hücumları pilotsuz uçuş aparatlarını (PUA) da hədəf almaqdadır. Xidmətdən imtina (Denial Of Service, DoS) hücumu - müxtəlif cihazların, qurğuların və s. şəbəkə infrastrukturunu hədəf alan hücum növlərindən biridir. Bu hücumun əsas məqsədi istifadəçilərin istədikləri xidmətlərdən yararlanmasına mane olmaqdır.

İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlı “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransında “Pilotsuz uçuş aparatlarının (PUA) şəbəkəsini hədəf alan xidmətdən imtina hücumlarının aşkarlanması” (“Detection of Dos Attacks in Unmanned Aerial Vehicle Network”) mövzusunda məruzə ilə çıxışında bu barədə məlumat verib.

O.Vəlixanlı məruzəsində PUA-ları hədəf alan xidmətdən imtina hücumlarının aşkarlanması üçün yanaşma təklif edildiyini qeyd edib. Onun sözlərinə görə, təklif olunan yanaşma konvalyusiya neyron şəbəkəsinə (convolutional neural network, CNN) və XGBoost (eXtreme Gradient Boosting) maşın təlimi alqoritminə əsaslanır: “Konvalyusiya neyron şəbəkəsi əsas xüsusiyyətlərin çıxarılması üçün istifadə olunub. XGBoost alqoritmi isə çıxarılmış bu xüsusiyyətlər əsasında klassifikasiyanın aparılması üçün tətbiq edilib. Nəticə olaraq, yüksək aşkarlama dəqiqliyi əldə edilib”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı