Kibertəhlükələrin intellektual analizi texnologiyaları araşdırılır Sentyabr 26, 2023 | 09:45 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və böyük elmi işçi Könül Daşdəmirovanın həmmüəllifi olduqları “Cyber Threat Intelligence: problemlər və perspektivlər” adlı məruzə “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında təqdim olunub.

Hibrid formatda təşkil olunmuş konfransda məruzəyə dair çıxış edən K.Daşdəmirova bildirib ki, hazırda qloballaşan dünyada İnternet və onun üzərindən realizasiya olunan xidmətlərin istifadəsi və tətbiqi geniş vüsət almışdır. Bu səbəbdən bədniyyətlilər müxtəlif metod və vasitələrdən istifadə edərək kibertəhdidlər yaradır və kiberhücumlar həyata keçirirlər. Kiberhücumların aşkarlanması və qarşısının alınması üçün çoxsaylı təhlükəsizlik metodlarından istifadə edilir. Lakin son illərdə zərərli proqram nümunələrinin sayı və müxtəlifliyinin əhəmiyyətli dərəcədə artması yeni nəsil kiberhücumlar qarşısında ənənəvi təhlükəsizlik yanaşmalarını səmərəsiz edir.

Məruzəçi kibertəhlükələrin intellektual analizinin (Cyber Threat Intelligence, CTI) təşkilatlara təhdid aktorlarının məqsədləri, taktikaları və alətlərini öyrənməyə, kiberhücumlardan qorunmaq üçün effektiv strategiya qurmağa, cari təhdidlər və kibercinayətkar qrupları haqqında məlumatları toplayıb qiymətləndirməyə imkan verən yeni yanaşma olduğunu diqqətə çatdırıb. Bildirib ki, tədqiqat çərçivəsində CTI texnologiyaları tədqiq edilmiş, müvafiq sahədə mövcud problemlər araşdırılmış, həmçinin kibertəhdidlərin süni intellekt texnologiyaları əsasında intellektual analiz olunmasının zəruriliyindən bəhs edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı