AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Türkiyədə keçiriləcək beynəlxalq foruma xüsusi məruzəçi statusunda dəvət alıb Sentyabr 20, 2023 | 12:29 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ilində, 23-24 noyabr 2023-cü il tarixlərində Türkiyədə keçiriləcək “2-ci İstanbul Kibertəhlükəsizlik Forumu”na (2nd Istanbul Cyber-Security Forum, ICF2) xüsusi məruzəçi statusunda dəvət alıb.

TASAM (Türk Asiya Strateji Araşdırmalar Mərkəzi) Milli Müdafiə və Təhlükəsizlik İnstitutu tərəfindən “Yeni Kiberiqtisadiyyat və Türk Məhsulları” mövzusunda təşkil olunan beynəlxalq forumda sənaye kibertəhlükəsizliyi; Əşyaların İnterneti və kibertəhlükəsizlik; mobillik və kibertəhlükəsizlik; “Deep fake” və kibertəhlükəsizlik; süni intellekt, virtual reallıq və kibertəhlükəsizlik; kritik infrastrukturlarda kibertəhlükəsizlik; qərar qəbul edənlər üçün kibertəhlükəsizlik kimi aktual mövzularda müzakirələr aparılacaq.

“2-ci İstanbul Kibertəhlükəsizlik Forumu” dövlət və ya özəl sektordan, vətəndaş cəmiyyətindən olan qərar qəbul edənləri bir araya gətirəcək, eləcə də proaktiv iqtisadi əməkdaşlıq, layihə və proqramlarla bağlı təkliflərin irəli sürülməsi, alim və mütəxəssislərin öz bilik və təcrübələrini bölüşdürməsi üçün mühüm platforma rolunu oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı