İnstitutun əməkdaşı AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub Dekabr 12, 2014 | 10:51 / Mühüm hadisələr

AMEA-nın elmi müəssisə və təşkilatlarından “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülmüş 13 gənc alim, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunun namizədi, sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova elmi fəaliyyətdə fərqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Fərmanlar gənc alimlərə AMEA Rəyasət Heyətinin dekabrın 10-da keçirilmiş iclasında təqdim olunub.

Qeyd edək ki, N.İsmayılova hazırda institutun E-kitabxana Mərkəzinin nəzdindəki Bibliometriya sektoruna rəhbərlik edir. O, həmçinin bibliometriyanın təkamülü, müasir problemləri, həll perspektivləri, Azərbaycanda və dünyada müxtəlif istiqamətlərdə aparılan elmi-tədqiqatların bibliometrik analizi, elmin bibliometrik xəritələrinin tərtib olunması, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi ilə bibliometrik üsulların intellektuallığının artırılması, sosial şəbəkələrdə fəaliyyətin qiymətləndirilməsi istiqamətlərində araşdırmalar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı