“Korporativ kiber-fiziki sistemlərin kibertəhlükəsizliyi: təhdidlərin təhlili” məsələləri araşdırılır İyun 27, 2023 | 11:29 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin “Korporativ kiber-fiziki sistemlərin kibertəhlükəsizliyi: təhdidlərin təhlili” mövzusuna həsr olunmuş elmi seminarı keçirilib.

Şöbənin əməkdaşı Nəzrin Rzayeva məruzəni təqdim edərək xüsusi kontekstdə kiberdayanıqlılıq, xüsusi tətbiqlər və təhdidlər haqqında məlumat verib. Kiber-fiziki sistemlərin qlobal bir funksiyanı yerinə yetirməyi hədəfləyən fiziki və rəqəmsal dünyaları birləşdirən mürəkkəb sistem olduğunu söyləyən məruzəçi əlavə edib ki, onun alt səviyyəsini təşkil edən sensor şəbəkələrinin sürətli yerləşdirilməsi, öz-özünə təşkili və nasazlığa dözümlülük xüsusiyyəti onları hərbi  perspektivli texnikaya çevirir.

N.Rzayeva qeyd edib ki, kiberdayanıqlılıq rəqəmsal sistemlərin kiberhücumlardan müdafiə qabiliyyətidir. “Kiberdayanıqlılığın əsas xüsusiyyəti kiberhücumları aşkar etmək, eləcə də onlara cavab vermək üçün effektiv sistemlərə və proseslərə malik olmaqdır,” - deyə o, sözlərinə əlavə edib.

Sonra məruzəçi bildirib ki, təhdidlər insanla bağlı və digər mənbələrdən olmaqla 2 kateqoriyaya ayrılır. İnsanla bağlı təhdidlərə işçilər, müştərilər, hakerlər və s., digər mənbələrdən olan təhdidlərə isə yanğınlar, daşqınlar, elektrik və s. aiddir.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda şöbə müdiri Şakir Mehdiyev məruzə ilə bağlı fikirlərini bölüşüb. Korporativ kiber-fiziki sistemlərin təhlükəsizlik problemlərinin araşdırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirərək, müvafiq istiqamətdə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı