“IDC” şirkəti “əşyaların İnterneti” haqda proqnoz dərc edib Dekabr 10, 2014 | 09:00 / Maraqlı məlumatlar

"IDC" tədqiqat şirkətinin analitikləri "əşyaların İnterneti"nin perspektivlərinə həsr edilmiş veb-konfrans keçirib. Analitiklər tərəfindən tərtib edilmiş proqnoz aşağıdakılardır:

1. Növbəti 5 il ərzində xidmət göstərən provayderlər "əşyaların İnterneti" məlumatlarının 90 faizindən çoxunu saxlayacaq; "bulud" xidmətləri onların inteqrasiyasını sadələşdirəcək.

2. İki il ərzində İT mühitinin 90 faizində "əşyaların İnterneti"nə aid təhlükəsizlik qaydalarının pozulması qeydə alınacaq; təhlükəsizlik üzrə direktorlar müvafiq yeni siyasət tətbiq etməli olacaq.

3. 2018-ci ilədək "əşyaların İnterneti"ndə generasiya olunan məlumatların 40 faizi şəbəkə perimetrinin yaxınlığında saxlanılacaq, emal ediləcək və təhlil olunacaq.

4. 3 il ərzində ehtiyat buraxılış qabiliyyətinə malik bütün şəbəkələrin yarısı "əşyaların İnterneti" qurğularına görə onu itirəcək və İT mühitinin təxminən 10%-də yüklənmələr başlanacaq.

5. 2017-ci ilədək məlumatların işlənməsi mərkəzi və korporativ sistemlərin administratorları yeni idarəetmə modellərindən istifadəyə keçməli olacaqlar.

6. Bugün "əşyaların internet"i ilə bağlı bütün aktivliyin 50 faizdən çoxu  istehsal, nəqliyyat daşımaları, "ağıllı" şəhər və istehlak tətbiqlərinin payına düşür.

7. 2018-ci ilədək şəhər administrasiyalarının büdcə xərclərinin 25 faizi "ağıllı" şəhərlərlə bağlı layihələrin payına düşəcək.

8. 2018-ci ilədək "əşyaların internet"i sahəsində həllərin 60 faizi "OpenSource"a dəyişdiriləcək ki, bu da "əşyaların interneti" ilə bağlı çoxlu vertikal bazarın formalaşmasına səbəb olacaq.

9. Beş il ərzində daşınan qurğuların 40 faizi smartfonlara rəqib olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı