İnformasiya Texnologiyaları İnstitutunun magistraturasında yaz imtahan sessiyasına start verilib İyun 08, 2023 | 04:53 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunda yaz imtahan sessiyasına start verilib.

Belə ki, iyunun 8-də institutun I kurs magistrantları “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər. İnstitutun Tədris-İnnovasiya Mərkəzində keçirilən imtahanda 6 magistrant öz biliyini sınayıb.

İnstitutun magistraturasında növbəti imtahanların 16, 23 iyun və 3 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yaz imtahan sessiyası AMEA-nın prezidentinin 12 may 2023-cü il tarixli “AMEA-nın magistrantları üçün yaz imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı