788
Bulud mühitində elektron təhsil məzmununun formalaşmasında Data Mining metodlarının tətbiqi ilə bağlı müzakirələr aparılıb İyun 05, 2023 | 03:27 / Konfranslar, iclaslar

IV Sənaye İnqilabı insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən təhsil sahəsinə əhəmiyyətli dəyişikliklər gətirdi. Təhsil müəsissələrinə Education 4.0-ın nüfuz etməsi ilə təhsil anlayışı tamamilə dəyişilərək yeni tendensiyaların meydana çıxmasına səbəb oldu. Yeni interaktiv təlim vasitələri sayəsində artıq insanlara zaman və məkandan asılı olmadan təhsil almaq imkanı verildi. Bu gün informasiya texnologiyalarının bütün təhsil imkanları elektron təhsil sistemində geniş və dolğun şəkildə istifadə edilir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin növbəti elmi seminarında institutun əməkdaşı Esmira Ələsgərova Bulud mühitində elektron təhsil məzmununun formalaşmasında Data mining metodlarının tətbiqi” mövzusunda məruzəni təqdim edərək məlumat verib.

Öncə məruzəçi bulud texnologiyalarının üstünlüklərindən bəhs edib. Bildirib ki, bulud texnologiyaları proqram təminatı və avadanlıqların alınmasına, dəstəyinə, təkmilləşdirilməsinə  qənaət etməyə imkan yaradır. Ölçmə qabiliyyəti, xətaya dözümlülük və təhlükəsizlik, lazımi resursların avtomatik ayrılması və təminatı, texniki qulluğun, proqram təminatının yenilənməsinin provayder tərəfindən həyata keçirilməsi və s. xüsusiyyətlərə malikdir.

Onun sözlərinə görə, istifadəçinin daxili bulud infrastrukturuna çıxışının olmaması, istifadəçinin məlumatlarını onlayn xidmətə həvalə etməklə həmin məlumatlara nəzarəti itirməsi, məlumatların ehtiyat nüsxəsinin yaradılmaması və serverin çökməsi nəticəsində həmin məlumatların itirilməsi riski və s. isə bulud texnologiyalarının çatışmazlıqlarına aiddir.

Sonra E.Ələsgərova qeyd edib ki, bulud texnologiyaları tədris prosesində elektron tədris resurslarının yaradılması, müəllimlər arasında təcrübə mübadiləsi, interaktivlik və s. imkanlar yaradır: “Tədris prosesində bulud xidmətlərindən istifadənin didaktik və informasiya imkanları müəyyən edilmişdir. Bununla yanaşı, Data Mining-dən istifadə etməklə, təhsil məzmununun idarə edilməsi problemlərinin həlli üsulları da araşdırılır”.

Bulud texnologiyalarının Data Mining metodlarına tətbiqindən söz açan tədqiqatçı diqqətə çatdırıb ki, Data Mining  əvvəllər bilinməyən və əhəmiyyətsiz görünən informasiyalardan insan fəaliyyətinin müxtəlif sahələrində qərar qəbul etmək üçün lazım olan biliklərin, praktik olaraq, faydalı və əlçatan şəkildə şərh edilməsi prosesidir.

O bildirib ki, təhsildə Data Mining texnologiyalarının (Education data mining-EDM) proqram təminatı və metodları tədris prosesinin təşkilini təkmilləşdirmək, onun effektivliyini artırmaq, tələbə biliklərinin, eləcə də təhsil müəssisəsi məlumatlarının intellektual analizi üçün istifadə olunur.

Daha sonra E.Ələsgərova buludda Data Mining vasitəsilə həll oluna bilən məsələləri sadalayıb. Vurğulayıb ki, buraya klassifikasiya, reqressiya, klasterizasiya, asosiyasiya və sıralanma daxildir. “Elektron təhsildə klassifikasiya məsələlərinin istifadəsi 2 yerə ayrılır. Bunlardan biri elektron tədris resurslarının klassifikasiyası, digəri isə test tapşırıqlarının klassifikasiyasıdır. Burada müxtəlif çətinlik səviyyələrinə görə tələbənin fərdi imkanlarını nəzərə almaq mümkündür”, - deyə o, əlavə edib.

Tədqiqatçı klasterizasiya məsələsinin həllinin oxşar psixoloji, fizioloji, davranış və intellektual xüsusiyyətlərə malik olan tələbələri aşkar etməyə imkan verdiyini qeyd edib. Söyləyib ki, bu, tədris prosesində tələbələrə fərdi yanaşma üçün geniş imkanlar yaradır.

Daha sonra reqressiya haqqında məlumat verən E.Ələsgərovanın sözlərinə görə, reqressiya çıxış parametrlərinin giriş dəyişkənlərindən asılılığının qurulmasıdır. Onun köməyilə müxtəlif ixtisas və təhsil sahələri üzrə tələbələrin təhsil və elmi işinin trayektoriyasını, tələbələrin tədris və elmi işinin keyfiyyətininin artırılması üçün tədbirləri proqnozlaşdırmaq mümkündür.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı