E-dövlət mühitində mətn tipli sənədlər çoxluğunun intellektual analizi istiqamətində araşdırmalar aparılır Fevral 06, 2014 | 12:11 / Konfranslar, iclaslar

Bu məlumatı texnika elmləri doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə hesabat ilində görülən işlərlə bağlı çıxış edərkən səsləndirib. O, bildirib ki, şöbədə e-dövlət mühitində mətn tipli sənədlər çoxluğunun intellektual analizi üçün metodların və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənməsi, elmi-nəzəri və texnoloji əsaslarının analizi və s. istiqamətlərdə araşdırmalar aparılır. 

Qeyd edib ki, “Veb saytlarda elmi sosial şəbəkələrin aşkarlanması və analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqatlar aparılmış, dissertasiya işi hazırlanmışdır. 

O, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyələşdirdiyi “Azərbaycanda milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi” qrant layihəsi çərcivəsində görülən işlərdən danışıb. Bibliometriya, elmmetriya, kibermetriya, informetriya və vebometriyanın yaranması, müasir vəziyyəti və inkişaf perspektivlərinin araşdırıldığını, beynəlxalq elmi bazaların müqayisəli analizinin aparıldığını, Azərbaycanda elmi informasiya bazasının arxitekturunun işləndiyini diqqətə çatdırıb. 

Alim dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarından göndərilən məqalələrə, həmçinin dissertasiya işləri və avtoreferatlara rəylər hazırladığını da vurğulayıb. 

“Elmmetriya: mövcud vəziyyəti və imkanları” və “Plagiatlıqla mübarizə texnologiyalarının elmi-nəzəri və texnoloji əsasları” adlı elmi nəşrlərin hazırlanması ilə bağlı görülən işlərdən danışıb. 

R.Alıquliyevin sözlərinə görə, il ərzində şöbə əməkdaşlarının elmi əsərlərinə beynəlxalq bazalarda indekslənən jurnal və konfrans materiallarından 45 dəfə istinad olunmuşdur. 

Müəlliflərindən biri olduğu “Sentence selection for generic document summarization using an adaptive differential evolution algorithm məqaləsi “Swarm and Evolutionary Computation” jurnalının ən çox istinad olunan 25 məqaləsi sırasına daxil olmuşdur. “Evolutionary algorithm for extractive text summarization” məqaləsi isə “Intelligent Information Management” jurnalının ən çox oxunan 3 məqaləsi sırasında yer almış, 2199 dəfə yüklənmişdir. 

O, həmçinin şöbənin elmi-təşkilati, elmi-innovasiya fəaliyyəti, şöbədaxili seminarlar və digər cari işlər haqqında ətraflı məlumat verib. 

Şöbənin fəaliyyəti yüksək qiymətləndirilərək qəbul olunub. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı