Bulud texnologiyalarının elektron təhsildə tətbiqi məsələləri araşdırılır Aprel 26, 2023 | 10:24 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin əməkdaşı Nuranə Bahadurzadə institutun növbəti elmi seminarında “Bulud texnologiyalarının elektron təhsildə tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.

O, əvvəlcə bulud hesablamaları haqqında məlumat verib. Söyləyib ki, bulud, hesablama şəbəkələrinin hesablama modelidir və əsas vəzifəsi müəyyən vəsait hesabına istifadəçilərin aparat və proqram təminatı resurslarından istifadə etməsini təsdiqləməkdir.

Bulud mühitinin daha az proqram təminatı və aparat infrastrukturu tələb etdiyini söyləyən məruzəçi buludların məlumat mərkəzlərində fiziki və ya virtuallaşdırılmış resursları birləşdirə bildiyini qeyd edib.  Əlavə edib ki, bulud hesablama istifadəçilərin hər hansı bir qoşulmuş cihaz vasitəsilə istənilən yerdən öz proqramlarına çıxış əldə edə bildiyi hesablama modelidir.

Sonra o, müxtəlif arxitekturalı bulud texnologiyalarının elektron təhsildə tətbiqindən bəhs edib: “Bulud resurslarının təhsildə tətbiqi həm tələbələrin, həm də əməkdaşların tədris prosesini səmərəli təşkil etməsinə imkan verir. Bulud texnologiyalarının təhsildə tətbiq nümunəsi kimi elektron gündəlikləri, elektron jurnalları, tələbə və müəllimlər üçün şəxsi kabinetləri və s. misal göstərmək olar”.

Məruzəçinin sözlərinə görə, bulud xidmətləri infrastruktur (IaaS), platforma (PaaS) və proqram təminatı (SaaS) olmaqla 3 növə ayrılır. Bu xidmətin üstünlüklərinə isə ehtiyat surətçıxarma, saxlama, əməkdaşlıq, tapşırıqların təşkili və s. aiddir.

Daha sonra tədqiqatçı elektron təhsildə bulud texnologiyalarının imkanlarından söhbət açıb. Söyləyib ki, elektron tədris resurslarının (ETR), elektron tədris modulları əsasında (ETM) tədris kurslarının yaradılması, ETM və ETR-dən istifadə etməklə təhsil fəaliyyətinin həyata keçirilməsi, tədrisin idarə edilməsi sisteminin bulud texnologiyaları vasitəsilə təşkili, eləcə də müəllimlər arasında təcrübə mübadiləsi bu imkanlara daxildir.

Elektron təhsilin əsas istiqamətlərindən bəhs edən N.Bahadurzadə söyləyib ki, elektron təhsil saytlarının yaradılması, uzaq məsafədən İnternetdə yerləşdirilən interaktiv resurslardan istifadə, İnternetin ayrı-ayrı tədris resursları arasında uzaqdan bulud informasiya mübadiləsi üçün şəraitin yaradılması, həmçinin e-təhsil məqsədlərinə nail olmaq üçün sosial şəbəkələrdən istifadə bu istiqamətlərdəndir.

Sonra məruzə ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev bulud texnologiyalarının elektron təhsildə tətbiqinə dair tədqiqatların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı