Bakı Dövlət Universitetinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçirlər Mart 28, 2023 | 12:11 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin istehsalat təcrübəsinə start verilib.

BDU-nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə təhsil alan IV kurs tələbələri 16 mart 2023-cü il tarixindən etibarən İnformasiya Texnologiyaları İnstitutunun müvafiq struktur bölmələrində təcrübəyə başlayıblar.

Təcrübə müddətində tələbələrə tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, elmi mənbələrin axtarışı, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və s. kimi nəzəri və texnoloji biliklər aşılanacaq.

Qeyd edək ki, iyul ayının 5-dək davam edəcək istehsalat təcrübəsi BDU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında mövcud olan əməkdaşlıq əsasında həyata keçirilir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı