9 dekabr - ilk kompüter "maus"unun yarandığı gündür Dekabr 09, 2014 | 11:10 / Maraqlı məlumatlar

1968-ci il dekabrın 9-u ilk kompüter "maus"unun yarandığı gündür. Duqlas Enqelbartın ixtirası bir düyməsi olan təkərli taxta kubdan ibarət idi. Kompüter siçanı öz adını naqilə "borcludur" - o ixtiraçıya əsl siçanın quyruğunu xatırladırdı.

İlk mausu mühəndis Bill İnqliş hazırlayıb. Proqram təminatının müəllifi isə Ceff Rulifsondur. Qurğunun daxilində iki metal disk var idi: cihaz irəli hərəkət edən zaman onlardan biri çevrilirdi, ikincisi isə mausun sol və sağ tərəfə hərəkəti üçün "cavabdeh idi".

infosystems.ru saytının məlumatına görə, sonralar Enqelbartın bu ideyası "Xerox" şirkətinin marağına səbəb oldu. Şirkət tədqiqatçıları qurğunun konstruksiyasını dəyişərək onu müasir mauslara oxşar vəziyyətə gətirdi. 1970-ci ilin əvvəllərində Xerox ilk dəfə mausu fərdi kompüterin tərkib hissəsi kimi təqdim etdi.  400 dollar dəyərində olan qurğunun üç düyməsi var idi.

1983-cü ildə "Apple" şirkəti Lisa kompüteri üçün bir düyməli maus hazırlamışdı. Mausun Apple Macintosh kompüterlərində və sonralar IBM PC üçün Windows əməliyyat sistemində geniş istifadəsi ona böyük populyarlıq qazandırmışdı.

Bu gün mexaniki və optik mauslar mövcuddur. Son texnoloji yenilik isə naqilsiz mausdur. Əvvəllər hər bir istehsalçı siqnalların ötürülməsi üçün öz üsulunu hazırlamışdır. Lakin sonradan əlaqə üçün Bluetooth-bağlantısından daha  geniş istifadə olunmağa başladı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı