Nüfuzlu beynəlxalq jurnal Azərbaycan aliminin elmi-ekspertiza fəaliyyətini yüksək qiymətləndirib Fevral 01, 2023 | 10:09 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova uzun illərdir “Springer Nature” nəşriyyatı ilə əməkdaşlıq edir, nəşriyyatın jurnallarında çap olunmuş məqalələrə rəylərin verilməsində yaxından iştirak edir.

Ş.Mahmudova cari ildə nəşriyyatın “Soft Computing” jurnalında 2 məqaləyə rəy verdiyinə görə rəyçi sertifikatına layiq görülüb.

“Web of Science” platformasına daxil olan “Soft Computing” jurnalının impakt faktoru 3.732-yə (5 illik impakt faktor: 3.524 ) bərabərdir. Jurnalda “soft computing” texnologiyalarına əsaslanan sistem həllərinə həsr edilmiş problemlər öz əksini tapır. “Soft Computing” jurnalı təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir.

Qeyd edək ki, “Soft Computing” jurnalı həmçinin “Scopus”, “ACM Digital Library”, “INSPEC” “DBLP” və s. beynəlxalq bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı