Cənubi Koreyada selfi üçün aksessuarlar sertifikatlaşdırılacaq Dekabr 05, 2014 | 12:00 / Maraqlı məlumatlar

Cənubi Koreyanın Elm Nazirliyi bildirib ki, selfi üçün ştativlərin satıldığı ticarət nöqtələri bu aksessuarları sertifikatlaşdırmalıdır. Əks təqdirdə həmin obyektlər 30 milyon von (27 min dollar) dəyərində cərimələnəcək və 3 ilədək həbs cəzası kəsiləcək.     

hitech.newsru.com saytının məlumatına görə, “Selfi stik” qurğusunun bir tərəfinə smartfon bərkidilir, bəzi modellərində isə fotokadrın qurulmasını asanlaşdırmaq üçün güzgüdən də istifadə olunur. Fotoçəkilişin özü naqilsiz Bluetooth-un köməyilə aktivləşir. 

Məhz Bluetooth modulunun aksessuarda mövcudluğu koreyalı məmurların bu cür tələblərinə səbəb olub. Onların fikrincə, qurğu elektromaqnit şüalanma yarada və digər elektron qurğularda problemlərə səbəb ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı