Akademik Rasim Əliquliyev: “Astrofizika sahəsində aparılan tədqiqatlarda IV Sənaye İnqilabının texnoloji çağırışları nəzərə alınmalıdır” Yanvar 06, 2023 | 04:15 / Konfranslar, iclaslar

AR Prezidenti İlham Əliyevin Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq Fərmanından irəli gələn vəzifələrin icrası istiqamətində Şamaxı Astrofizika Rəsədxanası da öz fəaliyyətini yenidən qurmalı, dövlətin strateji maraqlarına xidmət edən nəzəri və tətbiqi tədqiqatları genişləndirməlidir.

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev AMEA FRTEB-in 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi Yığıncağının iclasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabata münasibət bildirərkən belə deyib.

Akademik il ərzində Rəsədxanada səma cisimlərinin fizika və dinamikası istiqamətində tədqiqatların aparıldığını, əldə olunmuş mühüm elmi nailiyyətlərə dair məqalələrin beynəlxalq jurnallarda çap olunduğunu söyləyib. Rəsədxana əməkdaşlarının astrofizika sahəsində müxtəlif beynəlxalq tədbirlərdə, konfrans və seminarlarda iştirakını yüksək qiymətləndirib.

AMEA-nın vitse-prezidentinin fikrincə, Rəsədxanada aparılan tədqiqatlar zamanı IV Sənaye İnqilabının çağırışları olan – süni intellekt, Big data və bulud texnologiyalarının tətbiq olunması astronomiya sahəsində dünya elminin tələblərinə cavab vermək, dövlətin strateji maraqlarına xidmət edən məlumatları toplamaq və emal etmək, astroinformatikanın formalaşmasına xüsusi diqqət ayırmaq, həmçinin beynəlxalq aləmə inteqrasiya baxımından son dərəcə əhəmiyyətlidir.

Son illər Azərbaycanda kosmik sənayenin inkişafına xüsusi diqqət yetirildiyini, alimlərin qarşısına konkret vəzifələrin qoyulduğunu vurğulayan R.Əliquliyev bildirib ki, Şamaxı Astrofizika Rəsədxanasında fundamental tədqiqatların aparılması, yaxın və uzaq kosmosdan toplanmış məlumatların intellektual emalı, astrofizika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, kosmik texnologiyaların strateji sahələrdə tətbiqi, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində kompleks tədbirlər görülməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı