İnstitutun əməkdaşı Proqramlaşdırma üzrə beynəlxalq olimpiadanın yarımfinalına vəsiqə qazanıb Dekabr 05, 2014 | 10:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Aytac Ağabəyli Bakıda keçirilmiş Azərbaycanda universitet tələbələrinin 39-cu “ACM ICPC” (International Collegiate Programming Contest) Proqramlaşdırma üzrə beynəlxalq olimpiadasında diploma layiq görülüb. 

Tədbirin təşkilatçıları Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Proqramlaşdırma Müsabiqələri İştirakçılarının Milli Assosiasiyası, “IEEE Azərbaycan bölməsi” və “Azərbaycan ACM Bölməsi”dir.

A.Ağabəyli, həmçinin 6-9 dekabrda Tbilisi (Gürcüstan) şəhərində  keçiriləcək ACM/ICPC  üzrə beynəlxalq olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, əsası 1947-ci ildə qoyulan “ACM” (Association for Computing Machinery – Hesablama Texnikası Assosiasiyası) dünyada kompüter sahəsi üzrə ən böyük elm və təhsil cəmiyyətidir. Assosiasiyanın 100 mindən çox üzvü var. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı