Barak Obama 3D-çapın yaratdığı möcüzələri reklam edib Dekabr 05, 2014 | 09:56 / Texnoloji yeniliklər

Smitson İnstitutundan olan mütəxəssislər qrupu 3D-modelləşdirmə texnologiyalarından istifadə etməklə ABŞ prezidenti Barak Obamanın modelini yaradıblar. Bu haqda Ağ Evin rəsmi veb-saytında bildirilib.

Prezidentin modelinin yaradılması üçün bir dəqiqə ərzində xüsusişəkildə yerləşdirilmiş 58 fotokamerailə Ağ Ev rəhbərinin şəkli çəkilib. Sonra fotoşəkillər “Autodesk” softunun köməyilə 3D-də birləşdirilərək “3DSystems”də çap olunub. Layihə müəlliflərinin bildirdiyinə görə, yaradılmış büstün dəqiqliyinə görə analoqu yoxdur. 

ABŞ prezidenti 3D-çapın demək olar ki, bütün fəaliyyət sahələrində inqilab edəcək qədər potensiala malik olduğunu bildirib. Videogörüntüdə Barak Obamanın özünün mini-surətindən razı qaldığı hiss olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı