Alimlər STEAM Azərbaycan Festivalında təqdim olunan layihələrlə yaxından tanış olublar Dekabr 07, 2022 | 05:16 / Konfranslar, iclaslar

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, İdarətmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, həmin institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov Bakı Ekspo Mərkəzində olublar.

Alimlər Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2022) çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.

Festival çərçivəsində təşkil edilən “İnnovativ layihələr” sərgisi barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib. Beynəlxalq festivalda ümumilikdə 350 komandadan 1312 nəfər iştirak edir. Onlardan 127-si 7 xarici ölkəni təmsil edir.

Qeyd edək ki, festival dekabrın 9-dək davam edəcək. 2019-cu ildən Elm və Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art and Math) layihəsinin əsas məqsədi tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.

science.gov.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı