science.gov.az portalı və ict.az saytının illik fəaliyyəti ilə bağlı hesabat verildi Dekabr 03, 2014 | 05:08 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında 16 saylı şöbənin illik fəaliyyəti müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Gülnarə Nəbibəyova öncə elmi-tədqiqat işlərilə bağlı məlumat verdi. O, xarici siyasət sahəsində OLAP texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sisteminin işlənilməsi, Azərbaycan terminoloji informasiya sisteminin işlənməsi, Azərbaycan dili qrafikasının digər dillərin qrafikasına transliterasiya problemləri və onların həlli yolları, İnternet-medianın analitikası, İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi istiqamətlərində araşdırmaların aparıldığını və alınmış elmi nəticələrin tanınmış jurnallarda çap olunduğunu bildirdi.

Sonra şöbə müdiri AMEA-nın www.science.gov.az rəsmi portalı və institutun www.ict.az saytının illik fəaliyyəti ilə bağlı hesabatları təqdim etdi. 

AMEA-da aparılan struktur dəyişiklikləri və islahatlar, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət planının icrası istiqamətində www.science.az portalının yeni versiyasının hazırlandığını diqqətə çatdıran məruzəçi bu istiqamətdə kompleks elmi-texnoloji və təşkilati tədbirlərin həyata keçirildiyini bildirdi.

Sonra G.Nəbibəyova science.gov.az-ın fəaliyyətindən danışaraq portalın daimi istismarının yüksək səviyyədə həyata keçirildiyini söylədi. Portalla bağlı statistik məlumatları təqdim edən məruzəçi qeyd etdi ki, bu il müxtəlif  göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub.

Məruzəçi bildirdi ki,  AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının strukturundakı dəyişikliklərə əsasən, institutda fəaliyyət göstərən science.gov.az portalı AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturuna daxil edilmişdir.

Sonra G.Nəbibəyova ict.az saytının yeni versiyasının təqdim olunduğunu və saytın proqram təminatının AzScienceNet EKŞ-də yerləşdirildiyini, informasiya təminatının yeniləndiyini bildirdi. Saytın müxtəlif göstəricilər üzrə statistik məlumatlarını nəzərə çatdırdı. 

Məruzəçi şöbənin mütəxəssisləri tərəfindən müxtəlif təşkilatların veb-saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işləri də diqqətə çatdırdı.

Şöbə rəhbəri, həmçinin elmi-tədqiqat, elmi-pedaqoji fəaliyyət, respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği, elmi-təşkilati fəaliyyət və s. ilə bağlı görülən işlər haqqında məlumat verdi.

Məruzə ətrafında aparılan müzakirələrdə texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev təklif və tövsiyələrini səsləndirdilər. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı