Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı Fevral 06, 2014 | 11:25 / Konfranslar, iclaslar

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda çıxış edən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən inkişafın informasiya texnologiyaları sahəsində də bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını, 2013-cü ilin İKT ili elan olunmasının da qazanılan nəticələrə önəmli təsir göstərdiyini bildirib: 

- İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil etmişdir və sahə üzrə ümumi gəlirlər 2 milyon dolları ötmüşdür. Telekommunikasiya sahəsində stasionar telefon şəbəkəsi genişlənərək regionda (MDB və Mərkəzi Asiyada) müasirliyi, keyfiyyəti, əhatə dairəsi və qiymət göstəricilərinə görə ön cərgədədir. Mobil telefon şəbəkəsi isə əhali və ərazi əhatəsinə görə daha da genişlənərək Avropa orta səviyyəsindən yüksək olmuşdur. Hələ dünyanın bir çox ölkələrində 2-ci nəsil rabitə texnologiyası tətbiq edildiyi halda, ölkəmizdə 3-cü nəsil texnologiya tamamilə, Bakı və Abşeronda isə 4-cü nəsil rabitə texnologiyaları tətbiq olunmağa başlanılmışdır. Mobil nömrələrin operatorlar arasında avtomatik daşınma sistemi yaradılmışdır. 

Qlobal İnternet şəbəkəsinin Azərbaycan seqmenti hesabat ilində inkişaf etmiş, 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderlik yerini saxlamışdır. Beynəlxalq şəbəkəyə çıxış 35 faiz, ölkədaxili elektron kontent təxmini hesablamalara görə 40-45 faiz, elektron kommersiya və pərakəndə satış 50 faiz artmış, elektron təhsil və səhiyyə xidmətlərindən istifadə xeyli genişlənmişdir. İnternet üzərində işgüzarlıq fəaliyyəti xeyli sürətlənmişdir. Mobil və stasionar genişzolaqlı internetin abonent şəbəkəsi 30 faiz artmışdır. Radio və televiziya texniki yayım infrastrukturunun inkişafında hesabat ili rəqəmli efirə keçidlə yadda qalmışdır. 2013-cü ildə bütün ölkə əhalisinin 95-98 faizi rəqəmli televiziya ilə əhatə olunmuşdur və ölkəmiz analoq efiri ilə vidalaşmağa hazırdır. Bu texnoloji göstərici üzrə ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer almışdır. 

Sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün hesabat ilində üç güclü stansiya quraşdırılmışdır. Müvafiq təhlükəsizlik xidmətləri ilə birgə aparılmış işlər nəticəsində artıq bu gün bu sahədə ciddi problemlərlə üzləşmirik. Ölkəmiz üçün çox vacib əhəmiyyəti olan bütün spektr boyu radiotezliklər resurslarının monitorinqi sisteminin birinci növbəsi, yəni Bakı və Abşeron yarımadası üçün stasionar və digər ərazilər üçün isə 3 mobil stansiya quraşdırılıb istifadəyə verilmişdir. 

Hesabat ilində poçt sektorunda gəlirlər 5,5 faiz artmışdır. Poçt sistemində ənənəvi xidmətlərdən əlavə bank və maliyyə xidmətləri, o cümlədən bank hesablarının idarə olunması, nağdsız ödəmələr, pul köçürmələri, kommunal və digər ödənişlərin həyata keçirilməsi, ucqar kəndlərdə pensiyaların paylanması, ümumiyyətlə depozit və kreditlər istisna olmaqla, bütün xidmətlərin göstərilməsi xeyli genişləndirilmişdir. Poçt vasitəsilə elektron kommersiya xidmətlərinin və həmçinin ucqar kəndlərdə xidmətlərin poçt mobil avtomobillər vasitəsilə göstərilməsinə başlanılmışdır. 

“Elektron hökumət” portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi genişlənmiş, hesabat ilində portala yeni xidmətlər əlavə olunmuşdur. Beləliklə Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmətdən 281-i hökumət portalı vasitəsi ilə rəsmi verilir. 2013-cü ildə elektron hökumət portalına 262 min vətəndaş müraciət etmiş və 730 mindən çox elektron xidmət alınmışdır. Vergilər Nazirliyinin ASAN mobil imza sertifikat mərkəzi yaradılmış və ölkənin vahid elektron imza sisteminə qoşulmuşdur. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı