Education 4.0 platformasında e-təhsil məzmununun formalaşması problemləri təhlil olunur Sentyabr 06, 2022 | 11:30 / Konfranslar, iclaslar

Ali təhsil müəssisələrində bulud platformalarının yaradılması zərurəti xüsusilə təhsil proqramlarının məzmununun fərdiləşdirilməsinə yönəlmiş xidmət infrastrukturunun formalaşdırılmasında özünü göstərir. Öyrənmək üçün tələb olunan məlumatın həcminin sürətlə artması və onun strukturunun mürəkkəbliyi istifadəçi buludlarına müraciət etməyi zəruri edir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin əməkdaşı Esmira Ələsgərova “Education 4.0 platformasında elektron təhsil məzmununun formalaşması problemlərinin təhlili” mövzusunda çıxış etdiyi onlayn elmi seminarda bu barədə məlumat verib.

Məruzəçi bulud hesablamalarında 3 arxitektura səviyyəsinin müəyyən edildiyini diqqətə çatdırıb: İaaS (xidmət kimi infrastruktur təminatı), SaaS (xidmət kimi proqram təminatı), PaaS (xidmət kimi platforma təminatı). 

O, elektron təhsilin məzmunu haqqında söhbət açaraq təhsil məzmununun formalaşmasının təşkilati prinsiplərinin kommunikativ ideologiya ilə müəyyən edildiyini diqqətə çatdırıb: “Bulud texnologiyaları hər bir fənn üzrə təhsil məzmununun əsas bloklarının formalaşdırılması, doldurulması və redaktə edilməsi prosesində universitetin professor-müəllim heyəti arasında praktiki əməkdaşlığı stimullaşdırır”.

Sonra E.Ələsgərova verilənlərin buludda saxlanılması prosesindən bəhs edib. Söyləyib ki, təhsil məzmunu elektron tədris vasitələrinin və təhsil informasiya resurslarının toplanmasını, eləcə də onlardan təhsil prosesinin bütün iştirakçıları tərəfindən ardıcıl və səmərəli istifadəsini təmin edən paylanmış bilik bazası kimi yaradılmalıdır.

Data Mining texnologiyasının tətbiqi haqqında məlumat verən məruzəçi bildirib ki, tədrisdə Data Mining-in tətbiqi tədris prosesinin optimallaşdırılması, fərdiləşdirilməsi, proqnozlaşdırılması məsələlərinin həllinə imkan yaradır. Burada klassifikasiya, klasterizasiya, assosiasiya qaydaları, relyasiya və s. metodlardan istifadə olunur.

Daha sonra tədqiqatçı təhsil məlumatlarının intellektual təhlili üçün “Windows Azure”, “Opensnack” kimi platformaların mövcud olduğunu deyib. Qeyd edib ki, “Windows Azure” “Microsoft” şirkəti tərəfindən idarə olunan məlumat mərkəzlərinin qlobal şəbəkəsində tez bir zamanda proqramlar yaratmağa, yerləşdirməyə, idarə etməyə imkan verən açıq və çevik bulud platformasıdır. “Opensnack” isə şəxsi və ictimai açıq mənbə olub bulud hesablama platforması yaradan bulud tərtibatçıları və texnoloqlar arasında əməkdaşlığın təşkilinə imkan verir. Bu texnologiyanın məqsədi tətbiqi asan, genişlənən və zəngin xüsusiyyətlərə malik bütün bulud növləri üçün həllər təqdim etməkdir.

E.Ələsgərova elektron təhsil problemlərinin təhlili məsələlərinə də toxunub. Onun sözlərinə görə, elektron təhsil sistemi istifadəçiləri xidmətlərin, təhsil məzmununun və media resurslarının böyük artımı səbəbindən, genişmiqyaslı resursların idarə edilməsinin optimallaşdırılması problemi ilə üzləşir. Lakin təhsildə bulud resurslarından istifadə həm proqram təminatı, həm də aparat təminatının səmərəliliyini bir daha vurğulayır. Digər tərəfdən, bulud texnologiyaları informasiya texnologiyaları işçilərinin xərclərinə qənaət olunmasını, kompüter laboratoriyalarının saxlanması və proqram təminatının yenilənməsini təmin edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı