Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparılır Dekabr 02, 2014 | 11:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında 11 saylı şöbənin müdiri Şakir Mehdiyev cari il üzrə hesabatı təqdim edib. Bu il şöbədə elmi-tədqiqat işləri çərçivəsində görülən işlərdən danışan Ş.Mehdiyev bildirib ki, korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi istiqamətində araşdırmalar aparılmışdır.

O, şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açaraq AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, AMEA-nın Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi, həmçinin akademiyanın institut və təşkilatlarının infrastrukturunun yeniləməsi və təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərdən danışıb. 

Bildirib ki, AMEA-nın illik hesabatı və Ümumi yığıncağına texniki dəstək işləri, “Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin konfrans zalının şəbəkə infrastrukuru və AMEA Gəncə Bölməsinin kompüter şəbəkəsinin infrastrukturu, o cümlədən bölmədə distant tədris mərkəzinin yaradılması və s. cari ildə görülmüş işlər sırasındadır.

O, həmçinin şöbənin elmi-pedoqoji, elmi-praktiki fəaliyyəti, beynəlxal əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi və digər işlərlə bağlı həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb. 

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırıb. Elmi şuranın üzvləri tərəfindən hesabat qənaətbəxş hesab olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı