E-kommersiya sistemləri sferasında proqram təminatı platformalarının xüsusiyyətləri araşdırılıb Avqust 03, 2022 | 03:58 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Tədbirdə institutun magistrantı Ülkər Haqverdiyeva “E-kommersiya sistemləri sferasında proqram təminatı platformalarının xüsusiyyətləri” mövzusunda məruzəni təqdim edib.

Məruzəçi məhsul və xidmətlərin İnternet şəbəkəsi vasitəsilə onlayn formada alışı və satışı prosesini nəzərdə tutan e-kommersiya müasir dövrün qlobal trendlərindən biri olduğunu qeyd edib. Bildirib ki, elektron kommersiya fəaliyyətinin reallaşdırılmasında ticari əməliyyatlar üzrə texnoloji proseslərin avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə imkan verən texniki vasitələrdən, proqram məhsullarını və metodları özündə cəmləşdirən elektron kommersiya sistemlərindən istifadə olunur.

Elektron kommersiyanın növlərindən bəhs edən Ü.Haqverdiyeva əlavə edib ki, onun birbaşa və ya tam, eləcə də dolayı və ya qismən növləri var: “Birbaşa və ya tam elektron ticarətdə ödənişin həyata keçirilməsi, eləcə də məhsul və ya xidmətin təqdim edilməsi elektron vasitələrdən istifadə etməklə tam onlayn formada yerinə yetirilir. Dolayı və ya qismən elektron ticarət zamanı isə ödəniş prosesi elektron formada həyata keçirilsə də, alınan məhsulun çatdırılması ənənəvi qaydada yerinə yetirilir”.

O, sistemin subyekt və obyektlərinə görə e-kommersiya sistemlərinin təsnifatının aparıldığını diqqətə çatdırıb. Məruzəçinin sözlərinə görə, “Biznesdən-biznesə” adlı elektron ticarət növü müxtəlif təşkilatlar arasında olan qarşılıqlı münasibətləri nəzərdə tutur. “Biznesdən istehlakçıya” növündə İnternet vasitəsilə firmanın təklif etdiyi məhsulların alışını həyata keçirən və ödəniş edən tərəf fərdi şəxsdir. “İstehlakçıdan istehlakçıya” növündə isə firmalar istehlakçıların (fərdi şəxslərin) öz aralarında məhsullarını və xidmətlərini alıb-sata biləcəyi bir platforma hazırlayır, burada yerinə yetirilən əməliyyatlardan komissiya haqqı başda olmaqla müxtəlif gəlirlər əldə edirlər.

Ü.Haqverdiyeva e-kommersiya sistemlərinin iş modelinə görə də təsnif edildiyini vurğulayıb. Bildirib ki, bunlara üfüqi və şaquli e-ticarət, eləcə də ticarət meydançası daxildir.

Azərbaycanda ticarətin inkişaf perspektivlərindən söz açan məruzəçi ölkəmizdə fəaliyyət göstərən onlayn ödəniş sistemlərindən bəhs edib.

Sonda məruzə ətrafında ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı