İnstitutun əməkdaşları “Qloballaşma və müasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri” elmi-praktiki konfransının bölmə iclasında çıxış ediblər Fevral 06, 2014 | 10:20 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı “Qloballaşma və müasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri” elmi-praktiki konfransının “İnformasiya təhlükəsizliyi” adlı bölmə iclasında çıxış edib. 

Öncə institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əlövsət Əliyev “Hüquqi informatikanın formalaşdırılması problemləri” adlı məruzəsini təqdim edib. Bildirib ki, hüquqi informatika tətbiqi informatikanın bir bölməsi olmaqla hüquq sahəsinə aid informasiya prosesləri, resursları və sistemlərinin problemlərini öyrənir. Hüquqi informatika hüquq mühafizə orqanlarının informasiyalaşdırılması, eləcə də vahid hüquqi informasiya fəzasının yaradılmasını həyata keçirir. 

“Elektron kommersiyanın tənzimlənməsi problemləri” adlı ikinci məruzəsində isə Ə.Əliyev əsas innovativ sahələrdən olan elektron ticarət və kommersiyanın həyata keçirilməsinin hüquqi-informatik aspektlərini təhlil edib. Vurğulayıb ki, artıq müvafiq sahədə milli elektron ödəniş sistemləri yaradılmışdır ki, onun vasitəsilə marağı olan istənilən şirkət elektron kommersiya ilə məşğul ola bilər. 

İnstitutun sektor müdiri İradə Ələkbərova Viki mühitdə özünütənzimləmə prinsiplərindən söz açıb: “Vikipedia açıq layihə olduğuna baxmayaraq, onun da özünütənzimləmə prinsipləri mövcuddur. Bunlardan biri də müəllif hüquqlarının qorunmasıdır. Ölkəmizdə müəlliflik hüququ ilə qorunan məlumatın viki mühitə daxil edilməsi qadağan olunduğundan, müəyyən problemlər meydana çıxır və biz bəzi tikililəri Vikipediada işıqlandıra bilmirik. Nəzərə almaq lazımdır ki, Avropa və digər qonşu dövlətlərdə bu qanun aradan götürülmüşdür”. 

“Domen adlarının hüquqi aspektləri” adlı məruzə ilə institutun sektor müdiri Rəna Qasımova çıxış edib. İnternetin doğurduğu hüquqi problemlərin domen sahəsində də mövcud olduğunu vurğulayan məruzəçi bildirib ki, domen adları ilə bağlı mübahisələr əsasən əmtəə nişanına, firma adlarına olan hüququn pozulması hallarında baş verir. 

Domen adları üzrə bir çox ölkələrin məhkəmə praktikasından söz açan R.Qasımova qeyd edib ki, bu sahədə müstəsna hüququ tanıdan xüsusi qanunvericiliyin olmaması hələ də narahatlıq doğuran problemlərdəndir. O, ali təhsil müəssisələrində İnternetşünaslıq, İnternet hüquqşünaslıq, İnternet hakimiyyəti kimi yeni ixtisasların açılması və peşəkar kadrların hazırlanmasının zəruriliyindən danışıb. 

İnternetin tənzimlənməsinin konseptual məsələlərinə toxunan institutun sektor müdiri Rasim Mahmudov bu sahə ilə bağlı hüquqi metod və mexanizmləri təhlil edib. İnternetin tənzimlənməsi zərurətini önə çəkərək ona dair beynəlxaq təşəbbüslər, şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması, kibercinayətkarıqla, spamlarla mübarizə, intellektual mülkiyyət hüquqlarının qorunması, elektron kommersiya fəaliyyətinin tənzimlənməsi kimi mühüm məsələlərin aktuallıq kəsb etdiyini vurğulayıb. 

İnformasiya təhlükəsizliyinin bəzi hüquqi aspektləri barədə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev məlumat verib. O, insanların məlumat hüquq və azadlıqlarının müdafiəsi, informasiya sahəsində şəxsiyyət, cəm

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı