Yüksək Texnologiyalar Parkının baş direktoru: "TEKNOFEST"də məhsullarımıza maraq böyükdür" May 27, 2022 | 03:19 / Müsahibələr, çıxışlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında nümayiş etdirdiyi məhsullara maraq böyükdür".

Bunu "Report"a açıqlamasında Parkın baş direktoru Vasif Abbasov bildirib.

"Burada YTP-nin ərazisində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Təcrübə-Sənaye Zavodu”, “Beyt” , “Inkor”, “Proline Chemicals” və “Troniq” MMC-lər məhsullarını nümayiş etdirirlər. Məhsullar arasında kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları, bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları, “Smart” arı yeşikləri, LED lampa üçün diod və mikrosxemlər, müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsulları, xüsusi qatqılar, gübrələr, dərman preparatları yer alıb. Sevindirici haldır ki, bu innovativ məhsullarmıza olduqca böyük maraq göstərilir. Onlar analoqlarından bir çox xüsusiyyətlərinə görə irəlidədir, rəqabətqabiliyyətli olmaları ilə seçilir", - deyə o qeyd edib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı