Ürək döyüntülərini hesablayan “ağıllı” velosipedlər satışa çıxarılacaq Noyabr 28, 2014 | 11:50 / Texnoloji yeniliklər

Çin axtarış sistemi olan Baidu “ağıllı” velosiped olan “Dubike”ı təqdim edib.

www.engadget.com-un məlumatına görə, velosiped ürək döyüntülərini, qət edilən məsafəni, sürəti və istiqaməti təyin edə bilmə sisteminə malikdir. İki təkərli “həkim” olan “Dubike” sürücüyə səhiyyə statistikaları, yol xəritəsi və ən uyğun velosiped yollarını təqdim edə bilir.

Texnologiya möcüzəsi olan “Dubike” Baidu və Tsinghua Universitetinin birgə layihəsi əsasında hazırlanıb. Velosipedlərin gələn il bazara çıxarılması nəzərdə tutulur. “Ağıllı” velosipedin qiyməti barədə məlumat verilməyib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı